"Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 900-dən çox müraciət daxil olub" - Nazir müavini

   "Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 900-dən çox müraciət daxil olub" -    Nazir müavini
  06 Dekabr 2021    Oxunub:786
“İşğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur”.
AzVision.az xəbər verir ki, bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.Onun sözlərinə görə, investisiya layihələrinin prioritetliyi təhlil edilir:

“Ptensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti