Şamaxıda ictimai nəqliyyatda gediş haqqı bank kartları ilə ödəniləcək

   Şamaxıda ictimai nəqliyyatda gediş haqqı bank kartları ilə ödəniləcək
  06 Dekabr 2021    Oxunub:1097
Şamaxıda sərnişindaşımada yeni ödəmə sistemi tətbiq ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, avtobuslarda ödəniş üçün heç bir əlavə kart tətbiq edilməyəcək. İcra başçısı bildirib ki, vətəndaşlar əmək haqqı kartları və ya digər kartları vasitəsilə ödəniş edib, nəqliyyatdan istifadə edə biləcəklər:

“Bu eyni zamanda turizmin inkişafında da önəmlidir və Şamaxıya gələcək turist yeni kart almaq məcburiyyətində qalmayacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Şamaxı   İctima-Nəqliyyat  





Xəbər lenti