Tarixi rekord: “Buz ürək” ən gəlirli multfilm oldu – VİDEO

  01 Aprel 2014    Oxunub : 2940
Tarixi rekord: “Buz ürək” ən gəlirli multfilm oldu – VİDEO
Disney studiyasının çəkdiyi `Buz ürək` multfilmi (orijnal adı – “Frozen”) martın 31-nə olan göstəricisinə görə, animasiya filmi üçün rekord məbləğdə gəlir gətirib: 1,07 milyard dollar.
Bu məbləğin 398,4 milyonunu multfilm ABŞ və Kanadada toplayıb. Qeyd edək ki, filmin büdcəsi 150 milyon dollardır.

Beləliklə, `Buz ürək` multfilmi bütün dövrlərin ən gəlirli 10 filminin siyahısına düşüb.

Buna qədər ən gəlirli multfilm `Oyuncaq əhvalatı` (Toy story) olmuşdu: 2010-cu ildə o, 1,06 milyard dollar qazanmışdı.

Ötən ilin dekabrında böyük ekranlara çıxan `Buz ürək` multfilmi iki `Oskar` da alıb - ən yaxşı animasiya filmi və ən yaxı mahnıya görə.



AzVision.az

Foto


Teqlər: