Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzaladı

Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzaladı
  04 Dekabr 2021    Oxunub:1064
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Müşahidə Şurasının (MŞ) tərkibinin təsdiq edilməsi və Natiq Əmirovun Şuranın sədri təyin edilməsi haqqında 6 noyabr 2017-ci il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 10 iyun 2019-cu il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 16 aprel 2020-ci il tarixli sərəncamlarını ləğv edib.
AzVision.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncamda deyilir ki, MŞ aşağıdakı tərkibi təsdiq edilsin:

MŞ-nın sədri Natiq Əmirov – Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

MŞ-nın üzvləri:

İnam Kərimov – kənd təsərrüfatı naziri

Mikayıl Cabbarov – iqtisadiyyat naziri

Samir Şərifov – maliyyə naziri

Xalid Əhədov – Birinci vitse-prezidentinin köməkçisi

Elman Rüstəmov – Azərbaycan Mərkəzi Bankının sədri.

AzVision.az



Teqlər: AzərbaycanSənayeKorporasiyası  





Xəbər lenti