Vətən müharibəsinin iki iştirakçısı azadlığa buraxıldı

   Vətən müharibəsinin iki iştirakçısı azadlığa buraxıldı
  03 Dekabr 2021    Oxunub:1070
“Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnistiya aktı tətbiq edilib”.
Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov AzVision.az -a bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib:

“Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır”.

AzVision.az



Teqlər: Amnistiya  





Xəbər lenti