Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb
  02 Dekabr 2021    Oxunub:787
Xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın xarici işlər naziri Maykl Linhartla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə M. Linhart Tvitterdə paylaşım edib.

"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya-Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", - Linhart bildirib.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti