Balakəndə karantin qaydalarını pozanlar cərimələndi
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu,eləcə də həmin obyekt sahibləri tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilib-edilməməsi yoxlanılıb. Yoxlamalar zamanı bir neçə obyektdə xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb.
Mağazalarda və digər qapalı obyektlərdə də tibbi maskadan istifadə tələbini pozan şəxslərə gəlinib, onlarla profilaktik söhbət aparılıb və ümumilikdə keçirilən tədbir zamanı 23 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
AzVision.az