Ceyhun Bayramov ABŞ dövlət katibi ilə sərhəd məsələsini müzakirə edib

   Ceyhun Bayramov ABŞ dövlət katibi ilə sərhəd məsələsini müzakirə edib
  02 Dekabr 2021    Oxunub:688
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər.

XİN-dən AzVision.az -a verilən məlumata görə, C.Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.
C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunan ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyin səbəbləri, azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

AzVision.az


Teqlər: XİN   Görüş  





Xəbər lenti