"İsrailin Azərbaycanla münasibətləri digər ölkələrə qarşı deyil" - Səfir

   "İsrailin Azərbaycanla münasibətləri digər ölkələrə qarşı deyil" -   Səfir
  02 Dekabr 2021    Oxunub:1157
Biz hər bir ölkə, o cümlədən Ermənistanla yaxşı əlaqələr qurmaq istəyirik.

AzVision.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı mətbuat konfransında deyib. O bildirib ki, İsrail bu regionda davamlı sülhün olmasını istəyir:
"Təəssüf edirik ki, Ermənistan səfirin geri çağırıb. İstərdik ki, münasibətlərimiz yaxşılaşsın. Amma bu, Azərbaycanla münasibətlərə təsir edə bilməz. İsrailin Azərbaycanla münasibətləri digər ölkələrə qarşı deyil. Azərbaycan da eyni siyasəti aparır. Qeyd etmək istəyirəm ki, İran və İsrail arasında sülh olsa, İran İsrailin su sahələrindən istifadə edib su qıtlığını aradan qaldıra bilərdi. Çox istərdik ki, bu, başa çatsın

Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər var. İsraildə Türkiyə səfirliyi fəaliyyət göstərir. İsrailin Türkiyə ilə münasibətlərində Azərbaycanla münasibətlərə təsir edəcək məqam yoxdur".

Pərvanə Sultanova
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti