"İstərdik ki, Azərbaycanın səfirliyi tezliklə açılsın" - İsrail səfiri

   "İstərdik ki, Azərbaycanın səfirliyi tezliklə açılsın" -    İsrail səfiri
  02 Dekabr 2021    Oxunub:382
İsraildə səfirliyin açılması Azərbaycanın suveren hüququdur.
AzVision.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı mətbuat konfransında deyib.

Səfir deyib ki, bu istiqamətdə böyük addım atılıb: "İsraildə Azərbaycanın Ticarət və Turizm ofisi açılıb. İstərdik ki, səfirlik tezliklə açılsın. Amma təkrar edirəm ki, bu Azərbaycanın suveren hüququdur".

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Azərbaycan  







Xəbər lenti