"Artıq Amerikaya hörmət etmirlər"- Tramp

"Artıq Amerikaya hörmət etmirlər"-   Tramp
  02 Dekabr 2021    Oxunub:768
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin nüfuzdan düşməsindən gileylənib. O Amerikanın əvvəlki statusunu itirdiyini və artıq ona hörmət qoyulmadığını söyləyib. AzVision.az xəbər verir ki, Tramp bu barədə Britaniyanın GB News telekanalının efirində məlumat verib.
Siyasətçi təəssüflə bildirib ki, Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-ın dünyada nüfuzu tarixi minimuma enib. Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, bu gün ölkə “bütün tarixinin ən aşağı nöqtəsindədir”.

- Düşünürəm ki, nə vaxtsa belə bir vəziyyətdə olmamışıq. Artıq bizə hörmət etmirlər-eks prezident gileylənib.

Bayden koronavirusun yeni ştamının adını deyə bilmədi
Onun sözlərinə görə, prezidentlikdən getdikdən sonra Vaşinqtonun proseslərə təsirinin zəifləməsi fonunda bütün dünyada beynəlxalq vəziyyət gərginləşib.

- Tayvan üzərində heç bir Çin təyyarəsi uçmurdu. Hətta mən prezident olanda onun adı belə çəkilməyib və xatırlanmırdı. Bizim Rusiya ilə də heç bir problemimiz yox idi və siz mənim çox yaxşı anlaşdığım Şimali Koreya və Kim Çen Inı isə yada salmadınız, - Tramp deyib.

O, həmçinin qeyd edib ki, ABŞ indi də Rusiya, Səudiyyə Ərəbistanı və OPEK-ə “neftə görə minnətçi düşmək" məcburiyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   ABŞ   Bayden  





Xəbər lenti