Kredit üçün nə qədər tələbə müraciət edib?

 Kredit üçün nə qədər tələbə müraciət edib?
  02 Dekabr 2021    Oxunub:1213
Tələbə təhsil kreditlərinin verilməsi üçün müraciətlərə yeni başlanılıb. Artıq bir neçə yüz tələbə prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq də vermişik.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir:

"Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq. 18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Sosial problemi olanlar sosial kreditə, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilər. Bu kreditlər sosial alətlərdir. Zamanla cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün normal şəkildə təmin edə bilərik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Tələbə   Kredit  





Xəbər lenti