Emin Əmrullayev: "90 mindən çox müəllim "buster" doza vurdurub"

      Emin Əmrullayev:    "90 mindən çox müəllim "buster" doza vurdurub"
  02 Dekabr 2021    Oxunub:608
"Son məlumata görə, ölkə üzrə 90 mindən artıq təhsil işçisi 3-cü doza vaksin vurdurub".
AzVision.az xəbər verir ki, bunu junalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu gün istər təhsildə, istərsə də, digər sahələrdə iştirakçılığı təmin edilirksə, bunun əhalinin yüksək səviyyədə vaksinasiyadan keçməsinə borcluyuq:
"İl yarım bundan əvvəl ölkə ərazində 5 min yoluxmalar olanda problemlər yaşayırıdıq. İndi daha yüksək yoluxma saylarında da məktəblər, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk".

Aytən Zəhra
AzVision.az


Teqlər: Vaksin  





Xəbər lenti