"Müəllimlərin setifikasiyası gələn il aparılacaq" - Nazir

   "Müəllimlərin setifikasiyası gələn il aparılacaq" -    Nazir
  02 Dekabr 2021    Oxunub:288
"Müəllimlərin sertifikasiyası imtahanları davamlı və uzunmüddətli olur. Ona görə də imtahanlar arasında hər hansı fasilənin olmasını istəmirik. Bu səbəbdən yoluxma sayının aşağı düşməsi və daha dayanıqlı vəziyyətə çıxdıqdan sonra müəllimlərin sertifikasiyaya cəlb olunması prosesinə başlanılacaq"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, sertifikasiyanın hansı ardıcıllıqda və hansı alqoritmlə aparılması ilə bağlı müəyyən müzakirələr var:

"Sertifikasiyanın ilk ilində hətta aşağı nəticə toplayan müəllimlər belə işlərindən uzaqlaşdırılmır, onlara növbəti ildə də şans verilir. Ona görə də pandemiyanın bir qədər də səngidiyi dövrdə bunun mövcud qanunvericiliyə uyğun olaraq keçirilməsi planlaşdırılır. İnanıram ki, bu, gələn il təsadüf edəcək".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti