20 məktəbdə istiliklə bağlı problem var

 20 məktəbdə istiliklə bağlı problem var
  02 Dekabr 2021    Oxunub:355
"Respublikada 60 faiz məktəb mərkəziləşdirilmiş istilik sistemi ilə təmin edilib. Digər məktəblər odun yanacağı və digər vasitələrlə qızdırılır".
AzVision.az xəbər verir ki, bunu junalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb:

"Noyabrın 15-də 67 məktəbdə istiliklə bağlı problem var idisə, bu rəqəm indi 20-ə qədər endirilib. Proses davam edir, lakin hər bir məktəbdə qəza ola bilir. Səbəblər müxtəlifdir. Hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir".

Nazir qeyd edib ki, ötən il tədris fasilələrlə davam etdiyi üçün hər bir dövr istilik sistemində problem yaradırdı: "İstilik sisteminin söndürülüb, yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır".

Aytən Zəhra
AzVision.az

Teqlər: Məktəb   İstilik  







Xəbər lenti