Distant təhsilə keçən məktəblərin sayı açıqlandı

 Distant təhsilə keçən məktəblərin sayı açıqlandı
  02 Dekabr 2021    Oxunub:1333
"Tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əgər həmin göstərici bu cür davam etsə, təbii ki, növbəti həftələrdə tədrisin distant formada keçirilməsinə ehtiyac olmayacaq.

"Təhsil Nazirliyi məktəbdə koronavirusa yoluxma ilə bağlı vəziyyəti aidiyyəti qurumlarla birgə daima izləyir və nəzarətdə saxlayır. Son həftələrdə yoluxmalarda müəyyən qədər sabitlik yaranıb. Hazırki dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur.  Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma olur. Bunlar da yəqin ki, ölkədə vaksinasiya prosesinin getməsi ilə əlaqəlidir. Xüsusilə də təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Distanttəhsil  





Xəbər lenti