"Təhsil proqramları müasir olmalıdır" - Nazir

   "Təhsil proqramları müasir olmalıdır" -    Nazir
  02 Dekabr 2021    Oxunub:563
"Təhsil proqramları modern, müasir olmalıdır və tələblərə cavab verməlidir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib. O bildirib ki, hibrid modellər mütləq olmalıdır, amma bunun necə olması olduqca vacibdir.

"Distant təhsil pandemiyadan sonra bizə qalan azsaylı müsbət miraslardan biri olacaq. Məqsəd təhsili distant etmək yox, distant təhsillə nələrəsə nail olmaqdır. Yeni mövzuları Azərbaycan ali təhsil sisteminə gətirməliyik.
Ciddi şəkildə tərəfdarı olduğum budur ki, tədqiqat alətdir. Niyə bizə tədqiqat yoxdur? Bunun səbəblərindən biri odur ki, tədqiqatın bir faydası olmalıdır. Tədqiqatın dəyər zəncirində öz yeri olmalıdır. Daha sonra tədqiqat nəticəsinin yeni tədqiqata keçməsi, yoxsa sənayeləşməsinə baxılmalıdır. Çalışmalıyıq ki, elmimiz və ali təhsil müəssisələrimiz dünyaya açılsın. Bizim tədqiqatlar qərara qədər bir neçə təsdiq mərhələsindən keçsin".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti