Şəhid oğluna icra hakimiyyətində iş verildi

   Şəhid oğluna icra hakimiyyətində iş verildi
  02 Dekabr 2021    Oxunub:886
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət göstərilir. Bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul edilib.
Bu barədə Füzuli RİH-dən AzVision.az - a bildirilib. Belə ki, Vətən müharibəsinin şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun oğlu Xəlil Qəhrəmanlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.

Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirib. 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.



Şahanə Rəhimli

AzVision.az


Teqlər: Şəhid  





Xəbər lenti