Radikallar şəhidlərə hörmətsizlik etdi

   Radikallar şəhidlərə hörmətsizlik etdi
  01 Dekabr 2021    Oxunub:521
Bu gün Azərbaycan xalqı şəhidlərini son mənzilə yola salarkən bir qrup insan şəhərin mərkəzində icazəsiz etiraz askiyası keçirməyə, qarşıdurma yaratmağa cəhd göstərib. Bu hərəkət ilk növbədə, şəhidlərin xatirəsinə hörmətsizlikdən başqa bir şey deyil.
Həbsdə olan AXCP fəalı Saleh Rüstəmovun azad olunması tələbi ilə keçirilən icazəsiz aksiya ilə diqqəti cəlb etmək istəyənlərin məqsədi bəllidir: Qarşıdurma və gərginlik yaratmaq. Saleh Rüstəmov AXC-Müsavat hakimiyyəti dövründə icra başçısı olub, Heydər Əliyev hakimiyyətə gələndən sonra Moskvaya qaçıb və orada müxalifətin qeyri-rəsmi "kassiri" rolunu oynayıb.


Böyük ehtimalla, onun bu fəaliyyətin Rusiyadakı i təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Çünki sonuncu dəfə o, AXCP-yə vermək üçün Azərbaycana qanunsuz yolla 450 min dollar keçirib. Həmin məbləğ Moskvada bazarlarda toplanıb. Onları kurasiya edən orqanların xəbəri olmadan bu qədər vəsaiti toplamaq mümkün deyil. Söhbət xarici ölkədəki kuratorların nəzarəti altında çirkli pulların başqa ölkənin müxalifətinə ötürülməsindən gedir. Bu, elə çirkli pulların yuyulmasıdır. Ona görə də, adətən, mövzuya "həssas" yanaşan Qərbdəki dairələrinin bu faktla "maraqlanmaması" olduqca qəribədir.


Həbsdə olan Saleh Rüstəmovla bağlı hələ məhkəmə qərarı yoxdur. Radikalların bu aksiya ilə məhkəməyə təzyiq göstərməyə çalışdıqları göz önündədir. İkincisi, etiraz aksiyası keçirmək üçün icazə olmalıdır. Görünən odur ki, bu insanlar üçün müqəddəs heç mövcud deyil. Hədəf və məramları heç də azadlığını tələb etdikləri şəxs deyil, gündəmdə qalmaq və diqqəti cəlb etməkdir.

Teqlər: Radikal-qrup  







Xəbər lenti