Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcəklər

   Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcəklər
  01 Dekabr 2021    Oxunub:1115
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararart Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclası çərçivəsində dekabrın 2-də İsveçdə görüşəcəklər.
AzVision.az xəbər verir ki, bunu bu gün Avropa Parlamentində Aİ Xarici İşlər Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorunun nümayəndəsi Luk Devin bildirib.

O, həmçinin Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində iştiraka dəvət olunduğunu xatırladaraq, Aİ Şurasının prezidenti Şarl Mişelin iki ölkənin liderləri ilə görüşlər keçirəcəyini qeyd edib.

AzVision.az




Teqlər: XİN  





Xəbər lenti