DİN Bakıdakı aksiya ilə bağlı məlumat yaydı

DİN Bakıdakı aksiya ilə bağlı məlumat yaydı
  01 Dekabr 2021    Oxunub:859
Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qeyd olunub ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

AzVision.az


Teqlər:





Xəbər lenti