Qarabağda döyüşmüş erməni komandir həbs edildi
Poqosyanın sözlərinə görə, həbslə bağlı qərarı Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyan qəbul edib: "Bir müddət əvvəl hakim müstəntiqin 15 noyabr 2020-ci il tarixli vəsatətini təmin etdi. Həbs üçün faktlar vacib deyil, hakimiyyətin istəyi önəmlidir”.
Xatırladaq ki, Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq ondan külli miqdarda silah-sursat aşkarlanaraq götürüldüyünü bəyan edib. Telefon danışıqlarının qeydləri də dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.
Onunla yanaşı Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Respublika partiyasının keçmiş deputatı Vaqram Baqdasaryan və “Daşnaksütyun”un üzvü Aşot Avakyan da saxlanılıb. Lakin tezliklə onların hamısı sərbəst buraxılıb. .
Xatırladaq ki, Minasyan İkinci Qarabağ müharibəsində dəstəsi ilə döyüşüb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Ermənistan həbs