ABŞ-da məktəbə silahlı hücum olub: 4 nəfər yaralanıb

ABŞ-da məktəbə silahlı hücum olub:   4 nəfər yaralanıb
  30 Noyabr 2021    Oxunub:694
ABŞ-da növbəti dəfə məktəbdə silahlı insident yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilir ki, Miçiqan ştatının Okland ərazisindəki məktəblərdən birində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.Silahlı hücumu təşkil edən şəxs saxlanılıb.

Qeyd edilir ki, atəş açan şəxs beş nəfəri yaraladıqdan sonra nəzarətə götürülüb. Məlumata görə, atışma günorta saatlarında məktəbin dəhlizində baş verib. Polis isə ölənlər barədə məlumat daxil olmadığını bəyan edib.

Qeyd edək ki, ABŞ məktəblərində tez-tez silahlı insident qeydə alınır.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Məktəb   Atışma  





Xəbər lenti