“Mi-17” necə helikopterdir: Texniki xarakteristika

// 100-dən artıq ölkədə 12000-dən çox belə maşın var

   “Mi-17” necə helikopterdir:    Texniki xarakteristika
  30 Noyabr 2021    Oxunub:6386
“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası olmaqla, NATO təsnifatında “Hip-H” kimi tanınır. Konstruksiyası əsasən “Mi-8” kimidir, amma quyruq (sükan) vinti sol tərəfə keçirilib. Həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir.

Çoxməqsədli “Mi-17” helikopterindən dünyanın 100-dan artıq ölkəsində istifadə olunur. O, ilk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilib. Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 12000 ədəddən çox istehsal edilib.


AzVision.az bildirir ki, helikopterin güc qurğusu 1400 kVt-lıq iki ТВЗ-117МТ qaz-turbin mühərrikindən ibarətdir. Onların işi elə qurulub ki, daşıyıcı vintin dövrə sayı avtomatik tənzimlənir. Bundan başqa, mühərriklərin işinin sinxronlaşdırılması funksiyası var: əgər qurğulardan biri hər hansı səbəbdən sıradan çıxarsa, digəri fövqəladə rejimdə işləyərək, pərləri fırlatmağa davam edir.


Helikopterin maksimal sürəti 250 km/saat, kreyser sürəti 230 km/saat, yüksəklik tavanı 6000 metrdir. Maksimal uçuş kütləsi 13.000 kq, yükqalıdırma qabiliyyəti 4.000 kq.-dır. Ekipaj 3 nəfərdən ibarətdir.


Helikopterin hərbi modifikasiyasında (desant-nəqliyyat) raket qurğuları, pulemyotlar, bombalar olmaqdan əlavə, kabinə zirehlə və aktiv müdafiə vasitələrilə möhkəmləndirilir.


Tariyel Həsənov
AzVision.az


Teqlər: Mi-17  





Xəbər lenti