Şotlandiya 9 nəfərin "omikron"a yoluxduğunu təsdiqlədi

Şotlandiya 9 nəfərin    "omikron"a yoluxduğunu təsdiqlədi
  30 Noyabr 2021    Oxunub:323
Şotlandiyanın birinci naziri Nikola Sterdjen hökümətin yeni, təhlükəli ştamm olan "omikron"la əlaqədar mövcud profilaktik tədbirləri gücləndirdiyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, Sterdjen hələlik əlavə məhdudiyyətlər tətbiq etməyə ehtiyac olmadığını deyib.

Yaponiyada da "Omikron" aşkarlandı
“Dünən Şotlandiyada 9 "omikron" ştammına yoluxma halının aşkarlanmasını təsdiqləyirəm. Onlardan beşi Lanarkşirdə, 4-ü Böyük Qlazqo və Klaydda qeydə alınıb, - birinci nazir parlamentdə çıxış edərkən deyib. Sterdjenin sözlərinə görə, xəstələr təcrid olunublar.

Xatırladaq ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) fövqəladə iclas keçirərək Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni ştammının narahatlıq doğurduğunu bəyan etmişdi. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi "omikron" ilə adlandırıldı. Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri isə "omikron"un Ebola virusu ilə müqayisə edilə biləcəyini və delta ştammından da çox yoluxucu olacağını demişdi. Yeni ştamm təkcə Afrikanın cənubunda deyil, həmçinin Belçika, İtaliya, Almaniya, İsveçrə, Kanada, Hollandiya, Avstraliya, İngiltərə və digər ölkələrdə, eləcə də Honq-Konqda müəyyən edilib.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Yoluxma  







Xəbər lenti