Ceyms Şarp Azərbaycana başsağlığı verib

Ceyms Şarp Azərbaycana başsağlığı verib
  30 Noyabr 2021    Oxunub:300
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bu gün baş verən faciəvi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az xəbər verir ki, o bu barədə özünün Tvitter hesabında paylaşım edib:

“Bu gün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az

Teqlər:







Xəbər lenti