İtaliya səfirliyi faciəvi qəzayla bağlı Azərbaycana başsağlığı verib

İtaliya səfirliyi faciəvi qəzayla bağlı Azərbaycana başsağlığı verib
  30 Noyabr 2021    Oxunub:1245
İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

“İtaliya səfirliyi bu gün Qaraheybət poliqonunda Azərbaycan ordusuna məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir”, - səfirliyin tvitterdəki hesabında yazılıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az



Teqlər: Qəza   Səfirlik   İtaliya  





Xəbər lenti