Fransa səfirindən helikopter qəzası ilə bağlı paylaşım

Fransa səfirindən helikopter qəzası ilə bağlı paylaşım
  30 Noyabr 2021    Oxunub:1092
Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu gün baş vermiş faciəvi helikopter qəzası ilə əlaqədar ölkəmizə başsağlığı verib.
AzVision.azxəbər verir ki, səfir bununla bağlı özünün "Twitter" hesabında paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm” - paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti