NATO-nun baş katibi Rusiyaya xəbərdarlıq etdi

   NATO-nun baş katibi Rusiyaya xəbərdarlıq etdi
  29 Noyabr 2021    Oxunub:903
“Biz müharibə istəmirik, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik”.
AzVision.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bəyan edib. Alyans rəhbəri Rusiya ilə dialoqa inanır:

“Biz yarana biləcək potensial riskləri azaltmalıyıq. Ümumiyyətlə, biz Rusiyanın niyyətləri barədə spekulyasiya edə bilmərik, lakin Ukrayna ilə sərhəddə və Krımda yerləşdirilən hərbi texnika şübhəlidir, çünki o, pilotsuz uçuş aparatlarını da ehtiva edir. Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə etmək qərarına gəlsə, onlar bunun əvəzini ödəməli olacaqlar və bunun ciddi nəticələri olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO   Rusiya  





Xəbər lenti