Avropada qazın qiyməti 1100 dolları ötüb

Avropada qazın qiyməti 1100 dolları ötüb
  29 Noyabr 2021    Oxunub:1201
Avropada qazın 1000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını keçib.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 1 108 ABŞ dolları ilə başlayıb.
Ümumilikdə gün ərzində Avropada qazın qiyməti 8%-dən çox artıb.

“Qazprom”un departamentinin rəhbəri Aleksandr İvannikov bildirib ki, holdinq yaxın aylarda Avropada qaz qiymətlərinin nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyini gözləmir. Onun sözlərinə görə, qazın regionda hər min kubmetr üçün 1000 dollar dəyərində olması da dayanıqlı deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avropa   Qaz  





Xəbər lenti