Ermənistanda unun və çörəyin qiyməti kəskin qalxıb

   Ermənistanda unun və çörəyin qiyməti kəskin qalxıb
  29 Noyabr 2021    Oxunub:1294
Ermənistanda unun və çörəyin qiyməti yüksəlib.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bahalaşmaya əsas səbəb kimi milli valyutanın devalvasiyası və Rusiyada taxılın qiymətinin yüksəlməsi göstərilir.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabrında 2020-ci ilin eyni dövrü ilə müqayisədə çörəyin, dənli bitkilərin və unun qiymətləri müvafiq olaraq 11%, 17,3% və 7,2% artıb. 2021-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabrda artım 1%, 1,2% və 1,5% təşkil edib. Qiymət artımı noyabrda da baş verib, lakin hələlik komitə bununla bağlı məlumat verməyib.

2021-ci ilin sentyabr ayından çörək 30-50 dram bahalaşıb: kiçik bir çörək artıq 140-150 drama (təxminən 45 qəpik) satılır. Bundan əlavə, iri erməni tədarükçüləri hələ də payızdan əvvəl ölkəyə daha aşağı qiymətlərlə ixrac edilən mövcud ehtiyatlar hesabına kəskin qiymət artımının qarşısını ala bilirlər. Lakin Ermənistanda çörək və unun qiymətinin yenidən yüksəlməsi ilin sonuna kimi qaçılmaz olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Çörək  





Xəbər lenti