“Twitter”in direktoru istefa verdi: Səhmdarların planı baş tutdu

      “Twitter”in direktoru istefa verdi:    Səhmdarların planı baş tutdu
  29 Noyabr 2021    Oxunub:1117
“Twitter”in həmtəsisçisi və baş direktoru Cek Dorsi istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə CNBC kanalı məlumat yayıb. Bir neçə saat sonra Dorsi bu məlumatı təsdiqləyib. Onu “Twitter”in texniki direktoru Paraq Aqraval əvəz edəcək. Artıq o, direktorlar şurası tərəfindən təsdiqlənib. İstefa xəbərindən dərhal sonra şirkətin səhmləri 11% bahalaşıb. Dorsi “Twitter”ə 2015-ci ildən rəhbərlik edirdi.



Qeyd edək ki, 2020-ci ilin əvvəlində “Elliott Management” “Twitter”in səhmlərinin çoxunu alıb. Cek Dorsi isə sosial şəbəkənin səhmlərinin 2%-nə sahibdir. Yeni səhmdar dərhal Cek Dorsini sosial şəbəkənin rəhbəri vəzifəsindən uzaqlaşdırmağa çalışırdı və bu gün buna nail oldu. Belə ki, “Elliott Management” şirkətinin qurucusu Paul Sinqer və onun bir neçə digər müttəfiqi Dorsini idarə etdiyi öz şirkətinə (Square- Red) “Twitter”ə nisbətən daha çox diqqət ayırmaqda günahlandırdılar.



Nəticədə problemin həlli üçün Dorsi səhmdar “Elliott Management” və “Silver Lake Partners”ə direktorlar şurasında yerlər verdi. Bununla da “Twitter”də əsas söz sahibinə çevirilən səhmdarlar planlarını reallaşdırdılar.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Twitter  





Xəbər lenti