Latviya səkkiz Afrika ölkəsi ilə əlaqələri dayandırdı

Latviya səkkiz Afrika ölkəsi ilə əlaqələri dayandırdı
  29 Noyabr 2021    Oxunub:971
Latviya yeni növ koronavirusa yoluxma riski yüksək olan Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya, Esvatini və Malavi ilə əlaqələri dayandırıb.
AzVision.az Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi yayıb.

Bildirilib ki, Latviya son 10 gündə adları sadalanan səkkiz Afrika ölkəsindən birinə səfər etmiş şəxslərin ölkə ərazisinə girişinə qadağa qoyub. Lakin Latviyada yaşamaq icazəsi olan bu ölkələrə səfər etmiş ölkə vətəndaşları və Avropa İttifaqının (Aİ) daimi sakinləri geri qayıda biləcəklər. Lakin bu kateqoriyadan olanlar Latviya geriyə qayıtdıqdan sonra test verməli və ongünlük özünütəcrid rejiminə əməl etməli olacaqlar.

Eyni zamanda Afrikanın səkkiz ölkəsinə səyahətlər və səfərlərin təşkili də qadağan edilib.

AzVision.az


Teqlər: Afrika   Latviya  





Xəbər lenti