"Paşinyanla əməkdaşlıq edənlər cəzasını alacaq"- Sarkisyan

 "Paşinyanla əməkdaşlıq edənlər cəzasını alacaq"-   Sarkisyan
  29 Noyabr 2021    Oxunub:1101
Bu gün Ermənistanın keçmiş müdafiə naziri olan David Tonoyanın məhkəmə prosesi baş tutub.
AzVision.az xəbər verir ki, hakim eks-nazirin həbsini uzadıb. Maraqlıdır ki, hakimin erməni cəmiyyətində qıcıq oyadan Tonoyana qarşı bu davranışı mediada birmənalı qarşılanmayıb. Tanınmış erməni yazar Voskan Sarkisyan bu barədə deyib:

"Aşqabad sammitində baş verənlər misilsiz hadisələr idi"- Erməni analitik
Məhkəmə keçmiş müdafiə naziri David Tonoyanın həbs müddətini 2 ay uzatdı. Bununla bağlı onun hüquqlarını müdafiə edən xüsusi qrup açıqlama da yaydı. David Tonoyanın Gorus yaxınlığındakı asma körpüdə Nikol Paşinyanın yanında necə rəqs etdiyi yadınızdadırmı? Hətta məktəblilər belə anlayırlar ki, asma körpülərdə bu şəkildə hərəkət edib rəqs eləməzlər. Müharibədən əvvəl isə David Tonoyan "yeni müharibə, yeni ərazilər" deyərək qürrələnirdi. Sanki Dağlıq Qarabağa bitişik 7 rayon onun atası və anası tərəfindən qurulub və yeni ərazilər işğal edilməli idi. Nikol Paşinyanla əməkdaşlıq edən, şeytanla ittifaq bağlayan hər kəs gec-tez cəzasını alacaq. David Tonoyan buna nümunədir”.

Xatırladaq ki, bir müddət öncə Milli Təhlükəsizlik Xidməti vəzifə səlahiyyətlərindən sui -istifadə və külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başladıb. Bu işdə bir neçə şəxsin adı hallanır. Keçmiş müdafiə naziri David Tonoyan, "Davo" ləqəbli Müdafiə Nazirliyinin silah tədarükçüsü olmuş David Qalstyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyana ağır iş kəsiləcəyi gözlənilir. Amma eks-nazir istintaqçılara izahat verməkdən imtina etdiyi üçün iş uzandı. Ehtimal edilir ki, məhkəmə qarşısına yeni hərbçi və məmurlar da çıxsın.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Paşinyan   Tonoyan   Məhkəmə   Ermənistan  





Xəbər lenti