"Aşqabad sammitində baş verənlər misilsiz hadisələr idi"- Erməni analitik

   "Aşqabad sammitində baş verənlər misilsiz hadisələr idi"-   Erməni analitik
  29 Noyabr 2021    Oxunub:1215
Erməni analitik Artak Akopyan Aşqabad Sammitinin İrəvan üçün arzuolunmaz proseslərlə müşayət olunmasından danışıb.
AzVision.az xəbər verir ki, son hadisələri yerli mediaya şərh edən Akopyan deyib ki, ölkə rəhbərliyi uğursuz xarici siyasəti ilə dövlətçiliyə, Ermənistana ağır zərbələr vurmaqda davam edir.

- İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci sammiti zamanı bu qurumun üzvləri Azərbaycan hökumətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ediblər. Qeyd edək ki, bu sammit Xəzər dənizində neft və qaz ehtiyatlarının bölüşdürülməsi məsələsində 25 il Azərbaycanla kifayət qədər soyuq münasibətdə olmuş ölkənin paytaxtında keçirilib.

"Xəzər-Qafqaz regionunun dərin transformasiyası gedir"- Davtyan
Üstəlik, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) üzvü olan Qazaxıstan, Qırğızıstan və Tacikistan da təbrik edib. Bu bir faktdır ki, həmin KTMT üzvləri həmişə Azərbaycanla Ermənistandan daha yaxşı münasibətlərə malik olublar. Əvvəlki hakimiyyətin dövründə də açıq-aydın görünürdü ki, həmin ölkələr Ermənistana birtərəfli dəstəyin əleyhinə idilər. Lakin onlar həmişə anti-erməni qətnamə qəbul etməkdən çəkiniblər. Məsələn, uzun illər əvvəl Azərbaycan türkdilli dövlətlərin toplantısında Ermənistan əleyhinə qətnamə qəbul etməyi təklif edəndə təklif Qazaxıstan tərəfindən geri qaytarılmışdı. Təbii ki, Qazaxıstan bu və ya digər məsələdə Ermənistanı dəstəkləməsə də, Ermənistan əleyhinə bəyanatlar, qətnamələr imzalamadı.

Aşqabad sammitində baş verənlər misilsiz bir hadisə idi. Çünki KTMT üzvləri Türkmənistanla birlikdə Azərbaycanı da dəstəklədilər. Bu, Paşinyan hökumətinin destruktiv fəaliyyətinin təkcə Qarabağ, Sünik, iqtisadiyyat, koronavirus, Ermənistan-Rusiya münasibətlərində fəlakətli nəticələrə gətirib çıxardığını göstərmədi. Bu onu əminliklə deməyə əsas verdi ki, Ermənistanın xarici siyasəti bu gün praktiki olaraq sıfır səviyyəsindədir. Artıq İrəvanın ona müttəfiq, neytral və ya düşmən olan ölkələrlə “sıfır münasibətləri” var. Amma bu heç də təəccüblü deyil. Çünki küçədən hakimiyyətə gələn təsadüfi adamlar özlərini iqtidarda görəndə, onlar üçün hakimiyyət “yalnız həzz mənbəyi” oldu. Onların fəaliyyətinin nəticəsi geniş dağıntı və parçalanmalara səbəb oldu, -erməni analitik deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:  





Xəbər lenti