Saakaşvilinin məhkəməsi gedən vaxtda 15 nəfər saxlanılıb

   Saakaşvilinin məhkəməsi gedən vaxtda 15 nəfər saxlanılıb
  29 Noyabr 2021    Oxunub:448
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi ərazidə onun tərəfdaşlarının təşkil etdiyi etiraz aksiyaslının 15 iştirakçısı saxlanılıb. Gürcüstanın Daxili İşlər nazirliyi bu barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış aktivistlərlə polis arasında qarşıdurma yaşanıb. Nəticədə zorakılığa yol verən və polisin qanuni tələblərini yerinə yetirməyən 15 etirazçı proporsional güc tətbiq olunmaqla saxlanılıblar. Onların arasında müxalifət lideri Gigi Uqulavanın olduğu da bildirilir. Aksiya zamanı yaranan fiziki qarşıdurma nəticəsində xəsarət alanlar olub. Bəzi aksiyaçılar polisə butulkalar atıb, polis isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Sahil İsgəndərov

AzVision.az

Teqlər: Gürcüstan   Saakaşvili  







Xəbər lenti