Rusiyanın neft ehtiyatları 30 il kifayət edəcək

Rusiyanın neft ehtiyatları 30 il kifayət edəcək
  29 Noyabr 2021    Oxunub:890
Rusiyanın neft ehtiyatları minimum 30 il kifayət edər.
AzVision.az xəbər verir ki, bu fikri Baş nazirin müavini Aleksandr Novak Rusiya-Çin Enerji Forumunda söyləyib. Onun sözlərinə görə, Rusiyanın neft ehtiyatları azı 30 il, qaz ehtiyatları isə minimum 50 il müddətinə kifayət edəcək.

A.Novak qeyd edib ki, son illər alternativ enerji mənbələrinə keçid nəzərə çarpsa da, neft və qaza yaxın illərdə tələbat azalmayacaq. Rusiya rəsmisi ölkəsinin 2022-ci ilin mayına kimi gündəlik neft hasilatını 400 barelə yüksəltmək iqtidarında olduğunu da vurğulayıb.

AzVision.az


Teqlər: Neft   Qaz  





Xəbər lenti