Taliblərin lideri: “Əzablar çəkmiş xalqa kömək edin”

  Taliblərin lideri: “Əzablar çəkmiş xalqa kömək edin”
  29 Noyabr 2021    Oxunub:1248
“Taliban” hərəkatının liderlərindən biri taliblərin Əfqanıstanda hakimiyyətə gəldiyi vaxtdan bəri ilk dəfə televiziya vasitəsi ilə xalqa müraciət edib. Ölkənin baş naziri vəzifəsini icra edən Mühəmməd Həsən Axund beynəlxalq aləmdən və əfqan fondlarındakı 10 milyard dollar vəsaitin istifadə olunması üçün yardım istəyib. DW agentliyinin məlumatına görə Həsən Axund bu müraciətin ölkənin kütləvi aclıqla mübarizə aparması reallığından irəli gəldiyini bildirib.
AzVision.az DW agentliyinə istinadən xəbər verir ki, “Taliban”ın təmsilçisi beynəlxalq xeyriyyə cəmiyyətlərini yardım göstərməkdən imtina etməməyə çağırıb. O, Birləşmiş Ştatlarla Qətərin paytaxtı Dohada görüş ərəfəsində Əfqanıstan hökumətinin digər ölkələrin daxili işlərinə qarışmayacağı vədini verib. Həsən Axund xalqın daha çox problemlərinin həlli üçün bütün departamentlərdə iş günü üçün nəzərdə tutulduğundan artıq çalışdıqlarını, ölkədəki aclıq, işsizlik və maliyyə böhranında isə ABŞ-ın dəstəklədiyi əvvəlki hökumətin günahkar olduğunu açıqlayıb.

- Xalqın problemlərinin həll olunması üçün biz bütün xeyriyyə təşkilatlarını imtina etməməyə və əzablar çəkmiş xalqımıza yardım göstərməyə çağırırıq, - Həsən Axund müraciətində deyib.

O, habelə ABŞ-ı taliblər hakiiyyətə gələndən sonra əfqan fondlarında dondurulmuş 10 miyarda yaxın vəsaitdən istifadə xəttini açmasına çağırıb. Həsən Axund ölkədəki aclığı isə “Allahın əleyhinə çıxdıqlarına görə ilahi qüvvənin onlara göndərdiyi sınaq” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Əfqanıstan   aclıq  





Xəbər lenti