Tramp ABŞ-ın Əfqanıstanda hərbi iştirakını saxlamaq istəyirmiş

   Tramp ABŞ-ın Əfqanıstanda hərbi iştirakını saxlamaq istəyirmiş
  29 Noyabr 2021    Oxunub:281
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Əfqanıstandan çıxmağı planlaşdırarkən, Çinin nüvə obyektlərinə yaxın olduğuna görə Baqramdakı böyük aviabazanı amerikanın nəzarəti altında saxlamaq istəyirmiş. “RİA Novosti”nin məlumatına görə, Tramp “Fox” telekanalına müsahibəsində belə deyib.
müsahibədə onu prezident postunda əvəzləyən Co Baydeni növbəti dəfə tənqid edən Tramp, xələfinin amerika tarixində ən uzunmüddətli hərbi kampaniyanı tamamladığını və bunun öhdəsindən özünün daha yaxşı gələ biləcəcyini deyib.

- Mən Baqramı Əfqanıstana görə yox, Çinə görə saxlamaq istəyirdim. Çünki ora problemli nüvə obyektlərindən cəmi bir saatlıq uçuş məsafəsində yerləşir...Siz bilirsiniz indi Baqramda kimdir? Çin. Onlar Baqramı ələ keçirmək istəyirlər, - Donald Tram bildirib.
ABŞ-ın sabiq prezidenti Əfqanıstandakı digər bazaları bombalamağa hazırlaşdığını deyib. Tramp daha kəskin şəkildə “Əfqanıstandakı silahı və hərbi texnikanı atıb çıxmaq, onu oradan çıxartmaqdan daha ucuz başa gələcək” deyən Qərargah rəsilərinin birləşmiş komitəsinin sədri Mark Millini tənqid edib:
“Ona nə cavab verdiyimi mən sizə deməyəcəyəm, amma mən demədim ki, o, ağıllı adamdır...Onu kimin sevdiyini mən sizə deyəcəyəm – Rusiya və Çin. Çünki onun simasında amerikalıların təxliyyəsindən və avdanlığın çaıxarılamsından əvvəl əsgərləri çıxaran, itirlməsi yol verilməli olmayan əsgərləri və çoxlu insanları tirən oğlanı görürlər”, - sabiq prezident söyləyib.

Ölkədən qaçmaqla canını qurtaran Əfqanıstan prezidenti Əşrəf Qani barəsində də Trampın işlətdiyi ifadələr kəskin olub.
- Mən bilirdim ki, Qani yaramaz və möhtəkirdir...və deyirdim ki, o, hamıdan qabaq qaçacaq. Mən eşitmişəm Qani özü ilə o qədər pul götürürb ki, onun helikopterinə və təyyarəsinə sığmayıb, uçuş zolağında xeyli pulu ataraq qaçıb, - ABŞ-ın 45-ci prezidenti deyib.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Tramp   Əfqanıstan  







Xəbər lenti