"Yanacağa bəzi qatqılar əlavə edilir" - SOCAR rəsmisi

   "Yanacağa bəzi qatqılar əlavə edilir" -    SOCAR rəsmisi
  29 Noyabr 2021    Oxunub:1142
Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır.

AzVision.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi kənarlaşdırmalar müəyyən edilib:

"Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (AI-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Bizim istəyimiz odur ki, zavodda istehsal olunan məhsul həm də beynəlxalq standartlara uyğunlaşdırılsın. Buna görə də, modernizasiya işləri aparılır",-deyə o söyləyib.

SOCAR rəsmisi qeyd edib ki, Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.

Aytən Zəhra
AzVision.az



Teqlər: Benzin  





Xəbər lenti