İsraildə omikron ştamına yoluxanları kəşfiyyat izləyəcək

İsraildə omikron ştamına yoluxanları kəşfiyyat izləyəcək
  28 Noyabr 2021    Oxunub:522
İsrailin Baş naziri Naftali Bennet ŞABAK (İsrail Ümumi Təhlükəsizlik Xidməti) kəşfiyyat xidmətinə koronavirusun omikron ştammı ilə yoluxmuş şəxslərin geolokasiyasını izləmək imkanı verən fövqəladə sərəncam imzalayıb. Bu barədə baş nazirin ofisi məlumat yayıb.
Bildirilb ki, qərar dekabrın 2-i gecə yarısına qədər qüvvədə olacaq. Yoluxma hallarının müəyyən edilməsi və yoluxma zəncirinin dayandırılması üçün cib telefonu ilə yerin müəyyən edilməsi həyata keçiriləcək. Bu cür tədbirlər yalnız yeni ştamla yoluxmuş şəxslərə şamil olunacaq.

Qeyd edilib ki, Təhlükəsizlik Xidməti özünütəcrid rejiminə riayət olunmasına nəzarətlə məşğul olmayacaq. Sərəncamda vurğulanır ki, qərar məhdud bir müddət üçün qəbul edilib və gündəlik nəzərdən keçiriləcək. Xəstəliyin geniş miqyasda yayılması halında yoluxanların yerinin müəyyənləşdirilməsinə xitam veriləcək.

Cümə günü İsrail Səhiyyə Nazirliyi Malavidən gələn bir xəstədə Cənubi Afrikanın bir neçə ölkəsində aşkar edilən omikron ştammının İsraildə müəyyən edildiyini deyib.

AzVision.az

Teqlər: İsrail  







Xəbər lenti