Türkiyədə avtobus aşıb - 22 yaralı var

   Türkiyədə avtobus aşıb -    22 yaralı var
  28 Noyabr 2021    Oxunub:1226
Türkiyədə “Bizim İğdır” şirkətinə məxsus avtobusun aşması 22 nəfərin yaralanmasına səbəb olub.
AzVision.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Ərzincan-Sivas şosesində, Akarsu kəndinin yaxınlığında baş verib. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükanda nəzarəti itirməsi olub. Avtobus yolun kənarına aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır dəyərləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti