Almaniyada üçpartiyalı koalisiya: Vətəndaşlıq almaq asanlaşır, marixuana leqallaşır

      Almaniyada üçpartiyalı koalisiya:    Vətəndaşlıq almaq asanlaşır, marixuana leqallaşır
  25 Noyabr 2021    Oxunub:988
Almaniyada 16 ildən sonra üçpartiyalı - Sosial Demokratik, Azad Demokratik və Yaşıllar partiya arasında yeni koalisiya hökuməti quruldu.
AzVision.az xəbər verir ki, üç partiyanın birgə razılaşmasında ilk növbədə nazir vəzifələrinin bölgüsü öz əksini tapıb. Sənədə əsasən, hökumətə Sosial demokrat Olaf Şoltzun rəhbərlik edəcək. Onun birinci müavini isə Yaşılların həmsədri Robert Habek olacaq.



Hökumətin yeni planları isə ikili vətəndaşlığın mümkünlüyü, alman vətəndaşlığına keçidin sadələşdirilməsi(5 il daimi yaşayışdan sonra vətəndaşlıq üçün müraciət hüququ - Red), bir saatlıq minimum əmək haqqının 12 avro olması yer alıb.



Bundan başqa seçkidə səs vermə və sürücülük vəsiqəsinin verilmə yaşı 16-ya endirilir, marixuananın istifadəsi leqallaşdırılır. Kirayə ev qiymətlərinin aşağı salınması üçün ildə 400 min yeni mənzil tikiləcək və pandemiya ilə mübarizə çərçivəsində tibb işçilərinə 1 milyard avroluq premiya veriləcək.



177 səhifəlik razılaşmada həmçinin, 2030-cu ilə qədər kömürdən tamamilə imtina ediləcək, elektrikli avtomobillərə keçiləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti