Polisin ölümü ilə bağlı araşdırmalar aparılır

Polisin ölümü ilə bağlı araşdırmalar aparılır
  25 Noyabr 2021    Oxunub :328
Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib.

Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin polis baş serjantı R.Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

AzVision.az

Teqlər: polis   Prokurorluq  







Xəbər lenti