PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"si məhv edilib

 PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"si məhv edilib
  25 Noyabr 2021    Oxunub:674
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının 6 üzvünü zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Onların arasında PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"si kod adı "Botan" olan Nihat Görən də var.

Terrorçulardan dördü Gara bölgəsində, ikisi isə Kandildə zərərsizləşdirilib.

Bir müddət PKK-nın “TAK” təşkilatında olan terrorçu Görənin Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Pəncə" əməliyyatında yaralandığı, müalicə olunduqdan sonra Qarada fəaliyyətə başladığı məlum olmuşdu.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Türkiyə   PKK  





Xəbər lenti