İşlətdiyi mağazada "patı" satırdı

İşlətdiyi mağazada "patı" satırdı
  25 Noyabr 2021    Oxunub:717
Polis ərzaq mağazasında “patı” satan şəxsi yaxalayıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb.

Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Patı   Mağaza  





Xəbər lenti