Yevlaxda süpürgəçini maşın vurub

Yevlaxda süpürgəçini maşın vurub
  25 Noyabr 2021    Oxunub:577
Yevlax şəhərində 64 yaşlı süpürgəçi qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.
AzVision.az -ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtomobil 1957-ci il təvəllüdlü Solmaz Bədəlovanı vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər: Yevlax  





Xəbər lenti