Qanunsuz ov edən polisə xəsarət yetirdi

   Qanunsuz ov edən polisə xəsarət yetirdi
  24 Noyabr 2021    Oxunub:669
Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxslər tüfəngdən atəş açaraq qaçıblar.

Görülən tədbirlərlə həmin şəxslər saxlanılıblar. Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülüb.

AzVision.az



Teqlər: Zərdab  





Xəbər lenti