“Azərbaycan Sənaye Korporasiyası”nın 8 şirkəti özəlləşdiriləcək

“Azərbaycan Sənaye Korporasiyası”nın 8 şirkəti özəlləşdiriləcək
  23 Noyabr 2021    Oxunub:1064
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan 8 şirkət özəlləşdirməyə çıxarılacaq”.
AzVision.az -ın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

O, həmçinin deyib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinə yanaşma eyni deyil: “Bəzi dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilib. Digər dövlət müəssisələrinə isə onların xüsusiyyətləri, ölkə iqtisadiyyatının inkişafına rolları nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə xüsusi yanaşmalar tətbiq olunur”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər: Özəlləşdirmə  





Xəbər lenti