Parlament gələn ilin büdcəsini ikinci oxunuşda qəbul edib

Parlament gələn ilin büdcəsini ikinci oxunuşda qəbul edib
  23 Noyabr 2021    Oxunub:1326
Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az -ın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi II oxunuşda qəbul edilib.

Xatırladaq ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

AzVision.az


Teqlər: Parlament   büdcə  





Xəbər lenti